
İsrailin Baş naziri Binyamin Netanyahu bildirib ki, heç bir xarici təzyiq ölkənin HƏMAS qruplaşması məhv edilənədək və girovların azadlığına nail olunana qədər onunla müharibəni davam etdirməsinə mane olmayacaq.
“Bizim bütün məqsədlərimizə çatana qədər, o cümlədən girovları azad etmək üçün razılığa gəlməmişdən əvvəl müharibəni bitirməyimiz üçün İsrailə daxildə və xaricdə güclü təzyiq göstərilir”, – o, İsrail ordusunun əsgərləri ilə görüşdə deyib.