İsrailшт Baş naziri Binyamin Netanyahu Respublikaçı Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampla telefon danışığı aparıb.

Bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

“Netanyahu Amerika Birləşmiş Ştatlarının seçilmiş prezidenti Donald Trampla söhbət edib”, – bəyanatda deyilib.

Baş nazirin dəftərxanası qeyd edib ki, Netanyahu Trampa zəng edən ilk şəxslərdən biri olub. Söhbət “isti və səmimi” olub, Baş nazir seçilmiş Trampı seçkilərdəki qələbəsi münasibətilə təbrik edib.