ABŞ Prezidenti Donald Tramp Ağ evdə olan bütün prezidentlər arasında İsrailin ən böyük dostudur.

Bunu İsrailin Baş naziri Binyamin Netanyahu Trampla görüşdən sonra bildirib.

“Mən bunu əvvəllər də demişəm, yenə deyirəm. Siz Ağ evdə İsrailin indiyədək olan ən böyük dostusunuz”, – İsrail Baş naziri deyib.

Netanyahunun sözlərinə görə, məhz Trampın prezidentliyi dövründə Birləşmiş Ştatlar Yerusəlimi İsrailin paytaxtı kimi tanıyıb və Amerika səfirliyini bu şəhərə köçürüb, həmçinin Colan təpələri üzərində yəhudi dövlətinin suverenliyini tanıyıb.

İstinadlar Report