İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza ilə bağlı danışıqların aparılması üçün avqustun 3-4-də Qahirəyə nümayəndə heyəti göndərilməsini təsdiqləyib.
Bu barədə “Ynet” portalı məlumat yayıb.
Müzakirə mövzusu Qəzza zolağında saxlanılan girovların azad edilməsinə dair razılaşma və anklavda atəşkəs olacaq.
Netanyahunun ofisi nəşrə bildirib ki, regionda vəziyyətin pisləşməsinə baxmayaraq, İsrail girovların azad edilməsi üçün danışıqları davam etdirməyə sadiqdir.
“HƏMAS-ın mövcud şərtlərlə razılaşdığı iddiası yalandır. İsrailin bütün tələbləri 27 may razılaşması çərçivəsindədir. İddia edilənlərin əksinə olaraq, Baş nazir yeni şərtlər əlavə etməyib”.