İsrailin baş naziri Binyamin Netanyahunun yırtıq əməliyyatı uğurlu alınıb.

Bu barədə Baş nazirin ofisi məlumat yayıb.

“Baş nazir Netanyahunun yırtığının çıxarılması əməliyyatı uğurla keçib. Hökumət başçısı şüurludur, özünü yaxşı hiss edir və reanimasiya otağına köçürülüb”, – məlumatda deyilir.

Vurğulanıb ki, Binyamin Netanyahu Hadassah Eyn Karem xəstəxanasının tibb işçilərinə təşəkkür edib.

“Kan” radiosu qeyd edib ki, ümumi anesteziya altında həyata keçirilən əməliyyat zamanı Netanyahunu hökumət başçısı postunda müvəqqəti olaraq baş nazirin müavini və ədliyyə naziri Yariv Levin əvəzləyib.