İsrail humanitar fasilə bitən kimi Qəzza sektorunda hərbi əməliyyatları bərpa edəcək.

Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

“Son bir həftə ərzində böyük uğur əldə etdik – girov götürülmüş onlarla vətəndaşımızın geri qaytarılmasına nail olduq. Bir həftə əvvəl bunu təsəvvür etmək qeyri-mümkün görünə bilərdi, lakin biz buna nail olduq. Bununla yanaşı, son günlər tez-tez girovların qaytarılmasının bu mərhələsi başa çatdıqdan sonra İsrailin döyüşə qayıdıb-qayıtmayacağı ilə bağlı sual eşidirəm. Bunun cavabı birmənalı olaraq “hə”dir”, – B.Netanyahu deyib.

İstinadlar Report