İsrail Livanda “Hizbullah”a qarşı “regionda sülh naminə” hərbi əməliyyat keçirir və Fransa XİN başçısı Jan-Noel Barronun “dialoqun davam etdirilməsi üçün” səfərini gözləyir.

Bunu İsrailin Baş naziri Binyamin Netanyahu Fransa Prezidenti Emmanuel Makronla telefon danışığında deyib.

“Baş nazir vurğulayıb ki, İsrailin Hizbullaha qarşı hərəkətləri Livandakı vəziyyəti bütün regionda sabitlik, təhlükəsizlik və sülh naminə dəyişmək imkanı yaradır. İki lider, İsrailə gəlmək arzusunu ifadə edən Fransa xarici işlər nazirinin səfəri zamanı bu mövzuda dialoqu təşviq etmək barədə razılığa gəldilər”, İsrailin hökumət başçısının Ofisinin danışıqların yekununa dair açıqlamasında bildirilir.