
İsrail HƏMAS hərəkatının hərbi və idarəetmə strukturunu məhv edənə, bütün girovları qaytarana qədər Qəzza zolağından çıxmayacaq.
Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu girovların ailələri ilə görüşündən sonra bildirib.
“Biz oğurlanmış 120 nəfərin hamısını – həm diri, həm də ölü – geri qaytarmaqda qərarlıyıq. Mərhələli olsa belə, biz bu işdən əl çəkməyəcəyik”, – Netanyahu qeyd edib.