İsrail ordusu həm müdafiə olunmağa, həm də hücum etməyə hazırdır.
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu Təl-Əviv şəhəri ətrafındakı Təl ha-Şomer hərbi bazasına səfəri zamanı orduya yeni çağırılanlara müraciətində deyib.
O bildirib ki, İsrail düşmənlərinə zərbələr endirir və özünü müdafiə etməkdə qərarlıdır.