İsrail girovları azad etmək üçün Fələstinin radikal HƏMAS hərəkatı ilə razılığa gəlsə, Qəzza zolağının cənubundakı Rəfah şəhərində hərbi əməliyyatı təxirə salacaq.

Bunu İsrailin Baş naziri Binyamin Netanyahu CBS telekanalının efirində deyib.

Razılığa gəlsək, əməliyyat bir qədər yubanacaq”, – o bildirib. Buna baxmayaraq, Netanyahu əməliyyatın istənilən halda baş tutacağını vurğulayıb. “Ancaq bu baş verəcək. Razılığa gələ bilməsək, onsuz da bunu edəcəyik”, – o deyib.

İstinadlar Report