İranın nüvə proqramı ilə bağlı istənilən uğurlu razılaşma Tehranı nüvə silahı üçün uranı zənginləşdirmək imkanından məhrum etməlidir.

Bunu İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsdə JNS xəbər portalının konfransında deyib.

“Uğurlu saziş İranı nüvə silahı üçün uranı zənginləşdirmək imkanından məhrum edəcək razılaşma olacaq”, – o deyib. Baş nazirin sözlərinə görə, İranın hələ də nüvə silahına malik olmamasının səbəbi, Netanyahunun rəhbərliyi altında bir neçə İsrail hökumətinin uzun illər ərzində davamlı addımlar atmasıdır ki, bu da Tehranı həmin məsələdə təxminən 10 il geri atıb.

İstinadlar Report