İsrailin Baş naziri Binyamin Netanyahu Qəzza zolağında münaqişə və İrandan gələn təhlükə fonunda ölkəsinin vətəndaşlarını birliyə çağırıb.

Bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

“Daxili parçalanma aradan qalxmalıdır, çünki ekzistensial təhlükə ilə üz-üzəyik. Ona görə də qüvvələri birləşdirməliyik”, – Baş nazir bildirib.

Netanyahu qeyd edib ki, İsrail Qəzza zolağında “terrorçuları məhv etməkdə” və İrandan gələn təhlükəni dəf etməkdə qərarlıdır.

O, həmçinin “Mossad”ın rəhbəri David Barnea ilə regiondakı vəziyyətlə bağlı bir sıra məsələləri, xüsusilə də Qəzza zolağındakı 100-dən çox israilli girovun azad olunması problemini müzakirə edib.

İsrailin Müdafiə Ordusu Qəzza zolağının mərkəzi hissəsində böyük əməliyyatın başa çatdığını elan edib. Əməliyyatlar zamanı İsrail hərbçiləri müxtəlif fələstinli qruplara məxsus 100-dən çox obyekti məhv edib, 40-a yaxın silahlını zərərsizləşdirib.

İsrailin şimalında gərgin vəziyyət müşahidə olunub. Gün ərzində bir neçə şəhər və qəsəbədə hava hücumu sirenləri səslənib.

İstinadlar Report