
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Antoni Blinkenə növbəti müzakirələri Qəzza zolağında davam etdirmək istədiyini bildirib.
Bu barədə İsrail baş nazirinin ofisi məlumat verib.
“Sizinlə növbəti mərhələni müzakirə etmək istəyirik. Mən HƏMAS-ın məhv edilməsi uğrunda müharibədə və girovlarımızın azad edilməsində ABŞ prezidentinə, şəxsən sizə və ətrafınızdakılara göstərdiyiniz dəstəyə görə minnətdarlığımızı bildirmək istərdim”, – o bildirib.