İsrail Baş naziri Benyamin Netanyahu tezliklə Azərbaycana səfər edəcək.

Bu barədə “İsrael Hayom” nəşri məlumat yayıb.

“Səfərin dəqiq tarixi hələ müəyyən edilməsə də, onun yaxın vaxtlarda baş tutacağı gözlənilir”, – məlumatda qeyd olunub.

Nəşrin yazdığına görə Azərbaycan prezidenti İsraillə Türkiyənin toqquşmasının qarşısını almaqçün səylər göstərir və onun Ərdoğan və Suriya rəhbəri ilə görüşündən sonra Netanayahunun səfəri bu prosesin məntiqi davamı sayıla bilər.