Sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa Topçubaşov küçələrinin kəsişməsində ağacların qırılması ilə bağlı məlumat yayılıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən “Qafqazinfo”ya bildirib ki, fakt araşdırılıb və akt tərtib edilib:

“Nəsimi rayonu Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa Topçubaşov küçələrinin kəsişməsində yerləşən ağaclarla bağlı bildirmək istərdik ki, sözügedən əraziyə əməkdaşlarımız tərəfindən mütamadi olaraq baxışlar keçirilmiş və əvvələr birlik tərəfindən qeydiyyata alınmış müxtəlif cins ağacların qeyri-qanuni olaraq götürülməsi, məhv edilməsi faktları müəyyən edilib. Bununla bağlı birlik tərəfindən akt tərtib olunaraq 26 dekabr 2023-cü il və 29 fevral 2024 -ci il tarixlərində aidiyyatı üzrə hüquq – mühafizə orqanlarına müraciət edilib”, – məlumatda qeyd olunub.

İstinadlar Qafqazinfo