Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Hazırlanmış layihəyə uyğun olaraq 5 girişli, 9 mərtəbəli Alı Mustafayev küçəsi 10 və 12 saylı ümumi yaşayış binalarının fasadlarında başlanılmış bərpa və rəngləmə işləri başa çatdırılmış, binaların həyətlərində özbaşına hasara alınmış sahələrin çəpərləri sökülərək ərazilər əhalinin ümumi istifadəsinə qaytarılıb. 

Görülmüş işlər çərçivəsində həyətlərə 500 kv metrdən artıq asfalt örtüyü vurulub, 200 p-m-dən artıq yeni bardür quraşdırılıb, yaşıllıqların suvarılması üçün yeni su xətləri çəkilib, 300 kv metrə yaxın ərazidə yeni yaşıllıq zolağı salınaraq qazon vurulub, mövcud yaşıllıqlar bərpa edilərək ağaclar budanıb, həmişəyaşıl ağac və kollar əkilib. 

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binaların həyətlərinə 2 ədəd söhbətgah və 8 ədəd oturacaq qoyulmuş, müxtəlif növ uşaq elementləri və idman qurğuları quraşdırılıb. 

Həyətdə yüngül konstruksiyalardan ibarət basketbol meydançası və işıqlandırma sistemi yenidən qurulub.

Hazırda son tamamlanma işləri aparılır.

Rayonun həm mərkəzi həm də mikrorayonlar ərazilərində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.




İstinadlar Qafqazinfo