Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Həyata keçirilən silsilə tədbirlər çərçivəsində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün Vaqif prospekti boyunca yerləşən parklarda  və yaşıllıq zolaqlarında təmir-bərpa işlərinə başlanılıb.

Hazırlanmış layihəyə uyğun olaraq təmir-bərpa işləri aparılan ərazilərə tamet və qazon vurulacaq, yeni oturacaqlar qoyulacaq, parkda uşaq oyun elementləri, idman fitnes alətləri və müxtəlif idman qurğuları quraşdırılacaq.







İstinadlar Qafqazinfo