Hərbi Prokurorluq itkin düşən şəhidin nəşinin tapılması ilə bağlı açıqlama verib.

verilən məlumatda qeyd edilir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun – kiçik çavuş Tağıyev Pərviz Hafiz oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilib.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Xatırladaq ki, 1990-cı il təvəllüdlü Mingəçevir sakini P. Tağıyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itkin düşmüşdü

İstinadlar Qafqazinfo