Nərimanov rayonunn bir qrup ahıl sakinləri ilə keçirilən görüşdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev cəmiyyətimizdə hər zaman  ahıllara, yaşlı insanlara dərin ehtiram, ağsaqqal sözünə böyük hörmət olduğunu bildirib.

Cra başçısı ölkədə ahıllara göstərilən diqqət və qayğını vurğulayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasətdən, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi  Heydər Əliyev Fondunun həyata keçirdiyi genişmiqyaslı işlərdən danışıb.

Səmimi söhbət şəraitində keçən tədbirdə ağsaqqallarla gənclərin silsilə görüşlərinin keçirilməsi qərara alınıb. 

Tədbirdə iştirak edən yaşlı nəslin nümayəndələri onlara göstərilən diqqət və qayğıdan danışmış  və bu işlərə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirib, ölkəmizin inkişafı naminə görülən tarixi işlərdə uğurlar arzulayıblar. 





İstinadlar Qafqazinfo