Nepalın Baş naziri Puşpa Kamal Dahal ölkədə tiktokun yasaqlanması qərarına yenidən baxılması və bunun əvəzinə platformanı tənzimləmək üçün əlavə tədbirlərin tətbiqi ehtimalını gündəmə gətirib.

Bunu hökumət başçısı Nepal mediasının redaktorları ilə görüşündə deyib.

“Qadağaya ictimai reaksiyanı görərək, digər sosial şəbəkələrlə də etməyi planlaşdırdığımız kimi, indi tiktokun tənzimlənməsi ideyasına açığam. Biz hökumətin razılaşdırmağı yekunlaşdırdığı 2023-cü il sosial media direktivlərindən istifadə edərək bu platformanı tənzimləyə bilərik”, – qəzet hökumət başçısının sözlərindən sitat gətirib.

Xatırladaq ki, Nepal Nazirlər Kabineti noyabrın 13-də tiktoku qadağan etmək qərarına gəlib, lakin tədbirin qüvvəyə minmə tarixi razılaşdırılmayıb. Hakimiyyət bu qərarı “sosial şəbəkənin sosial harmoniyaya mənfi təsiri” ilə əsaslandırıb. Hökumətin məlumatlarına görə, son dörd il ərzində platformada 1 600-dən çox kibercinayətlər qeydə alınıb.

İstinadlar Report