Nepalda son 36 saat ərzində leysan torpaq sürüşmələri və daşqınlara səbəb olub, nəticədə azı 11 nəfər ölüb.

Bununla yanaşı, 12 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.

Daha 8 nəfərin itkin düşdüyü bildirilir.

Əlverişsiz hava şəraiti ilə əlaqədar əsas magistral yollar da bağlanıb, çaylarda suyun səviyyəsi kəskin şəkildə artıb və sakinlərə mümkün daşqınlar barədə xəbərdarlıq edilib.

İstinadlar Report