Nepalda leysan yağışları üzündən baş verən torpaq sürüşmələri nəticəsində azı 16 nəfərin öldüyü bildirilir.

Təkcə ölkə paytaxtı Katmandu yaxınlığındakı Sindhupalçok dairəsi ərazisində bu gün səhər baş verən sürüşmə nəticəsində 11 nəfər ölüb, 27 nəfər də itkin düşüb. Daha 5 nəfər ciddi xəsarət alaraq hərbi helikopterlə paytaxta daşınıb.

Bununla yanaşı Lidi kəndində 13 yaşayış evinin torpağa gömüldüyü, 30 evə də ciddi ziyan dəydiyi bildirilir.

İstinadlar Report