Nepalda leysan yağışlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb.

Bu barədə yerli polis məlumat yayıb.

Məlumatda bildirilib ki, itkin düşən 38 nəfərin axtarışları davam etdirilir.

Xilasedicilər 1146 nəfəri fəlakət bölgəsindən təxliyyə ediblər. Təbii fəlakət ölkənin 22 rayonunu bürüyüb. Leysan yağışların daha 2 gün yağacağı gözlənilir.

Qeyd edək ki, əvvəlcə hadisə nəticəsində 50 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı bildirilib.

Bir müddət əvvəl Nepalın Daxili İşlər Nazirliyi çay sahillərində yaşayanları təhlükəsiz zonalara köçməyə çağırmışdı.

İstinadlar Report