Nepalda leysan yağışlarının meydana gətirdiyi daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 17 nəfər ölüb.

7 nəfərin xəsarət aldığı, daha yeddi nəfərin isə itkin düşdüyü bildirilir.

Təbii fəlakətin 20 bölgəni əhatə etdiyi qeyd olunur. Ölkənin Daxili İşlər Nazirliyi çay kənarlarında yaşayan əhalini daha təhlükəsiz yerlərə sığınmağa çağırıb.

Torpaq sürüşmələri nəticəsində azı 500 ev dağılıb, ölkənin Şərq-Qərb avtomobil magistralı isə daşqınlar üzündən bağlanıb.

İstinadlar Xinhua, Report