“Müstəmləkəçilik və ya kolonializm qəsbkar dövlətlərin torpaqlarını istila edərək tamamilə özlərinin mülkiyyətlərinə çevirdikləri xalqlara və millətlərə qarşı işğalçı siyasətin təzahürüdür. Müstəmləkəçilik Roma imperiyası dövründə yaranmış, orta əsrlərdə yeni siyasi xarakter alaraq müxtəlif iqtisadi-coğrafi layihələr əsasında mütəşəkkil siyasi prosesə çevrilmiş oldu”.
Bunu Milli Məclisin deputatı Samir Vəliyev bildirib.
Deputat qeyd edib ki, kolinolizm orta əsrlərdə böyük coğrafi kəşflər, yeni dünya axtarışları, xüsusilə də Amerikanın kəşfi adı altında Avropa güclərinin genişmiqyaslı müstəmləkəçilik hərəkatını formalaşdırıb:
“Portuqaliya və İspaniyanın XVI əsrin ortalarında Mərkəzi və Cənub Amerikada böyük müstəmləkə imperiyasını yaratması ilə Hollandiya, İngiltərə, Fransa, Almaniya, İsveç başqa ərazilərdə, okeandan o tərəfdə müstəmləkə torpaqları əldə etməyə nail oldular. XVIII əsrdə Hindistan, İndoneziya və Avstraliya torpaqlarının tamamilə müstəmləkəyə çevrilməsi artıq Qərb üçün kolinolizmin ideologiyaya çevrilməsinə səbəb oldu. Qızıl, sərvət hərisliyi imperializmi alovlandıraraq geniş istismarlara yol açdı. İşğalçıların yerli icmalara məxsus zəngin mədənləri ələ keçirərək vəhşicəsinə istismar etməsi Avropa dövlətlərinin güclü sənaye inqilabının və sürətli inkişafı da təmin etdi. Bir sözlə, Qərb ölkələri neçə əsrlər ərzində azgözlüklə Latın Amerikası, Asiya və Afrika xalqlarının madi nemətlərini talamaqla böyük iqtisadi inkişafa, sənaye intibahına nail oldular.
Artıq XIX əsrin sonlarında dünyanın sənaye baxımından inkişaf etmiş dövlətləri öz aralarında dünya müstəmləkə coğrafiyasını bölüşdürüb başa çatdırmışdı. Xüsusilə də Avropa gücləri, Fransa bütün Afrikanı və Polineziyanı (Okeaniyada adalar qrupu) zəbt etmiş, öz mövqelərini daha da möhkəmləndirmişdi. Onların sırasında Fransız daha geniş ərazilər zəbt etməyə nail oldu, bu ölkənin müstəmləkə imperiyasının ərazisi 1900-1939-cu illərdə 13 milyon 500 min kvadrat kilometrə çatmışdı”.
“Kolonializm eyni zamanda, kapitalizmin imperializmə çevrilməsinə səbəb oldu. Qərb gücləri “yeni dünyanı” Avropa modelinə uyğun yenidən qurmaq üçün müxtəlif reformalar həyata keçirməyə başladı. Əslində iqtisadi ekspansiya ilə onlar həmin ölkələrin iqtisadi, sosial, siyasi və mədəni həyatına müdaxilə edərək özlərindən asılı vəziyytə salırdı. Ucuz xammal mənbəyinə, metropoliyanın işçi qüvvəsi və satış bazarına çevrilən müstəmləkə ərazilərində Avropanın sənaye sahələri yaradıldı, kapital bazarının inkişafı ilə əlaqədar kapital qoyuluşu artdı, bu bölgələrdə liberal iqtisadi sistemlərin əsası qoyuldu. Ancaq bu meyillər kəskin əmək ziddiyətlərini artırmaqla, koloniyalarda sıxılan xalqların kasıblaşması, ağır sosial mərhumiyyətlərlə üzləşməsini də dərinləşdirdi.
Mövcud siyasi mühit və sənaye intibahının müstəmləkə ərazilərinə daşınması müstəmləkə bölgələrində müəyyən siyasi şüurun formalaşmasına da yol açdı. XIX əsrin sonu, XX əsrin əvvəllərində dünyanın müxtəlif ərazilərində mövcud olan bəzi müstəmləkə ölkələrində milli özünüdərk prosesinin və dövlətçilik ideyasının yüksəlməsi müstəmləkəçiliyə və kolonializmə qarşı mübarizəni də güclənirdi, ələxsus da ötən əsrdə baş verən iki dünya müharibəsi xalqların və millətlərin milli ruhunu yüksəltdi. Nəticədə kalonializmə qarşı dirənişlər bir sıra regionlarda, xüsuilə də Cənub-Şərqi Asiya, Yaxın və Orta Şərq, Şimali Afrikada müstəmləklərin öz milli müstəqilliklərinə qovuşmasına səbəb oldu”, – parlamentari qeyd edib.
Onun sözlərinə görə, İkinci Dünya müharibəsində faşizm üzərində qələbə milli-azadlıq hərəkatına yeni nəfəs Verdi:
“Ancaq buna baxmayaraq, həmin ölkələrə yarımmüstəqillik verən Qərb imperializmi müxtəlif iqtisadi-siyasi, inzibati vasitələrlə yenə də onları öz əsarətində və nəzarətində saxlamağa müvəffəq oldu. Məsələn, 1958-ci ildə Afrika müstəmləkələrinə müstəqillik verərək geri çəkilən Fransa özündən asılı gördüyü bəzi ölkələrə hələ də mədəni, iqtisadi və siyasi baxımdan nəzarət edir.
XX əsrin sonunda isə qlobal neokolonializm (postkolonializm) ideologiyası yarandı. Qlobalistlərin, o cümlədən Fransanın irticaçı mahiyyəti daha da kəskinləşdi, beynəlxalq hüquqa qarşı saymazyana ritorikası artdı. Fransa əsarətində saxladığı ölkələrin suverenliyinin məhdudlaşması, yeraltı və yerüstü sərvətlərinin talanması ilə yanaşı, fundamental insan hüquqlarının tapdanmasını ən ağır təzahürlər kimi adiləşdirib, özünün dövlət siyasətinə çevirib. Özünü demokratiyanı və insan hüquqlarının təminatçısı kimi bəyan edən Paris neokolonializmi davam etdirməklə dünyada ən pis nümunə ortaya qoyur. Hazırda 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə baxmayaraq, neokolonializm siyasətini davam etdirir.
Neçə illərdir ki, Mayot adasının sahibi olan Qəmər Adaları İttifaqı Fransanın müstəmləkə hakimiyyəti altında boğulur, bir çox ölkələr, o cümlədən, Qoşulamama Hərəkatı İttifaqın Mayot adası üzərində suverenliyini dəstəkləyən sərt bəyanatlar verib. Fransanın nəzarətində olan 190 min nəfər əhaliyə malik bu adanın suverenliyini Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən tanınıb. Fransa isə beynəlxalq hüquqa hörmət qoymayaraq müstəmləkəçilik siyasətindən əl çəkmir, Mayot Adasının suverenlyini boğur, irtica siyasətini davam etdirir.
Yaxud, Fransa Sakit okeanda yerləşən Yeni Kaledoniyanı da özünün xüsusi inzibati-ərazisi hesab edir. 1946-cı ildə Yeni Kaledoniya Fransanın xaricdəki ərazisi “statusu” qazansa da, yerli sakinlər olan melaneziyalılar və kanak xalqı neçə illərdir ki, müstəqillik əldə etmək üçün azadlıq və haqq davası aparır. Paris rejimi 1987-ci ildən indiyədək Yeni Kaledoniyanın müstəqilliyi ilə bağlı keçirilən bütün referendumların qarşısını qanla dayandırıb. 1998-ci ildə imzalanan Noumea Sazişinə görə isə 20 ildən sonra ərazinin sakinləri iki il fərqlə müstəqillik məsələsi ilə bağlı üç referendum keçirmək hüququ əldə edib. Bu referendumlar Yeni Kalendoniya tam suverenliyini təmin etməyə imkan versə də, Fransa bu ada xalqlarının beynəlxalq hüquq tərəfindən qəbul edilən milli suverenlik haqqını silah və insanlıq əleyhinə ən iyrənc üsualalrla susdurub”.
“Azərbaycan dünyada neokolonializm siyasətinə etiraz edir və bu siyasətdən əziyyət çəkən xalqların mübarizəsinə mənəvi-siyasi dəstək verir. Ölkəmiz xüsusilə Fransanın müxtəlif xalqlara qarşı repressiv siyasətinə kəskin etirazını bildirərək dünya birliyini bu amansızlığa laqeyd qalmamağı çağırır. Bu istiqamətdə Qoşulamama Hərəkatının həmrəyliyi xüsusi diqqət cəlb edir. Qoşulmama Hərəkatında müasir demokratik dəyərlər, həmrəylik, dostluq və qardaşlıq mühiti yarad bilən Azərbaycan ən mötbər beynəlxalq tribunalarda, qlobal sammitlərdə və zirvə görüşlərində müasir müstəmləkəçiliklə barışmaz mövqeyini ortaya qoyur. Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir ki, “Təəssüf ki, bu gün biz neokolonializm meylinin artdığını müşahidə edirik. Tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməlidir”.
Eyni zamanda, Bakı Təşəbbüs Qrupunun yaradılması da bu istiqamətdə qlobal müqavimətin artmasına mühüm rol oyanamaqdadır. Qoşulmama Hərəkatının 2023-cü il iyulun 5-6-da Bakıda keçirilmiş nazirlər toplantısı çərçivəsində yaradılan Bakı Təşəbbüs Qrupu dünyada müstəmləkəçiliyə məruz qalan xalqlara, xüsusilə Karib adaları, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı fransız müstəmləkələrinə qarşı beynəlxalq koalisiyaya çevrilərək Fransanın dözülməz irtica siyasətinin qarşısının alınmasına çalışır, bütün dünya ölkələrini müstəmləkə siyasətinə son verməkdə birgə qətiyyət göstərməyə dəvət edir. Prezident İlham Əliyevin bildirdiyi kimi, Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır: “Biz, Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”.
Hazırda Fransanın başqa xalqların azadlğını boğmaqda davam edən anti-insani hərəkətləri, müasir beynəlxalq münasibətlər sisteminə ləkədir. Bu zorakılıq və təcavüz Ermənistanın Azərbaycana qarşı insanlıq cinayətlərindən heç nə ilə fərqlənmir. Fransa qeyri-demokratik davranışları və ağır cinayətlərinə görə beynəlxalq hüquq qarşısında cavab verməlidir. Azərbaycan hər zaman neokolonializmdən əziyyət çəkən xalqların yanında olacaq və onların haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında fəal siyasət aparacaq”, – parlament üzvü vurğualyıb.