“Neftçi” Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirəcək

Bakı klubu Sofiya “Slaviya”sı ilə qarşılaşacaq. Bu barədə Bolqarıstan klubunun saytı məlumat yayıb. Yoxlama görüşü yanvarın 25-i keçiriləcək.
Qeyd edək ki, “Neftçi” təlim-məşq toplanışı çərçivəsində Rusiyanın “SKA-Xabarovsk”, “Krılya Sovetov”, Rumıniyanın “Konkordiya” və Ukraynanın “Çernomorets” klubları ilə qarşılaşacaq.