Paytaxtın Xətai rayonunda yerləşən “Neftçi” futbol komandasının bazasına klubun bir qrup azarkeşinin hücum etməsi ilə bağlı yayılan məlumat araşdırılıb.

DİN-in Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən ictimai asayişi pozan şəxslər – Dadaşov Arif, Quliyev Ceyhun, Rzayev Vasif və Nəzərov Sabir müəyyən olunaraq saxlanılıblar.

Onlar barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

İstinadlar Report