Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən Neftçala şəhərində qanunsuz tikili sökülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, fiziki şəxs tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-ə müraciət edilib.