Neftçala rayonunda nərkəzi bazarda yanğın hadisəsi baş verib.

Hadisə gecə saat 03:30 radələrində qeydə alınıb.

Belə ki, rayonun mərkəzi bazarında yanğın başlayıb. Qısa müddətdə alovun əhatə dairəsi daha da genişlənib.

Bu barədə məlumat daxil olan kimi hadisə yerinə FHN-nin Neftçala Yanğından Mühafizə hissəsinə məxsus dörd yanğınsöndürən maşını və xeyli canlı qüvvə cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində alov ram edilib, yaxınlıqdakı obyektlərə keçməsinin qarşısı alınıb.

İstinadlar Report