AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Cəlilabadda şəhidin məzarüstü abidəsinin açılışı olub 
  • Bu şəxslərə hərbi xidmətdən möhlət verildi
  • Britaniya Putinin qohumlarına sanksiya tətbiq edib
  • Pay torpaqları ilə bağlı bu rüsum ləğv edildi
  • Putin Təhlükəsizlik Şurasının iclasını keçirib
  • Matros-xilasedici işləmək istəyənlərin nəzərinə
  • Bu tibb müəssisələri TƏBİB-dən alındı – Fərman
  • Mirzoyan Bayramov və Lavrovla görüşü müsbət qiymətləndirdi
  • İyirmidən çox marşrutun hərəkət sxemi dəyişdiriləcək
  • Adyunkturaya qəbul imtahanından keçən çağırışçılara möhlət verilməsi təsdiqlənib
  • Cəlilabadda şəhidin məzarüstü abidəsinin açılışı olub 
  • Putin Təhlükəsizlik Şurasının iclasını keçirib
  • Mirzoyan Bayramov və Lavrovla görüşü müsbət qiymətləndirdi
  • İyirmidən çox marşrutun hərəkət sxemi dəyişdiriləcək
  • Özünü güllələyərək öldürən polis DYP zabiti imiş
  • 50 sentlik cücəyə 25 sent gömrük alırlar
  • Vilayət Eyvazov Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi ilə görüşdü
  • “Vindzor Kral Atçılıq Şousu”nun 1-ci günü – Təmsilçilərimizin möhtəşəm çıxışı
  • Zelenski: “İsrail, İsveçrə və Türkiyə insanların “Azovstal”dan çıxarılması üzərində işləyir”
  • Hazırda harada tıxac var? – Siyahı +
  • Ukraynada silahsız qadını öldürən Rusiya hərbçisinin məhkəməsi keçirilir
  • Azərbaycan və Türkiyə meşə yanğınları sahəsində birgə təlimlər keçirəcək
  • FHN zabiti Ağdamda minaya düşdü
  • Bu xəstələrə pensiya təyinatı haqqında qanun qəbul edildi
  • “Müharibə veteranlarına verilən 80 manat olduqca azdır”
  • Ukrayna Baş Qərargahı: “İndiyədək Rusiyanın 200 təyyarəsi məhv edilib”
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Neftçalada marketi dağıdan ‘Cənab Prezident, pul burax’ videosu ilə məşhurlaşan imiş – VİDEO
19/01/2022 17:47
Prezidentin Şuşada kövrəldiyi an – Video
13/05/2022 14:21
“Möcüzə”dən möcüzəli analara hədiyyə – VİDEO
13/05/2022 12:32
“Faşist şüarlarının səsləndirildiyi ölkədə necə yaşamaq olar?!” – Video
12/05/2022 15:51
Ötən sutka 7 nəfər xilas edilib – Video
12/05/2022 12:45
Su arxına yıxılan gənc belə xilas edildi – Video
12/05/2022 11:35
ASAN növbə sistemində yenilik – Video
12/05/2022 10:27
Rüşvət alarkən tutulan xəstəxana direktoru hakim qarşısına çıxarılır – VİDEO
12/05/2022 09:33
Azərbaycan-Gürcüstan sərhədində nə baş verir? – Video
12/05/2022 00:27
İcra başçısı şəhid atalarını qəbul etməyib? – Açıqlama + Video
11/05/2022 13:32
“XXI əsr bacarıqları” üzrə məktəblilərarası olimpiadanın nəticələri açıqlandı! – Fotolar+Video
11/05/2022 11:48
Fuad Axundov: “Ermənistanda nasizm olmazsa, daha müharibə də olmayacaq” – VİDEO
10/05/2022 18:56
DTX əməkdaşları Ulu Öndərin məzarını ziyarət etdilər – VİDEO
10/05/2022 15:11
Ötən sutka 7 nəfər xilas edilib – Video
10/05/2022 14:59
Azərbaycan Ordusunun həftəlik fəaliyyəti ilə bağlı görüntülər yayılıb – VİDEO
08/05/2022 13:44
Rusiya Ukraynanın Odessa şəhərini intensiv raket atəşinə tutub – VİDEO
07/05/2022 17:41
Xüsusi Təyinatlı Qüvvələrin döyüş qabiliyyətini yüksəltmək üçün təlim keçirilir – VİDEO
06/05/2022 16:39

Video xəbərlər

  • Qarabağda ucaldılan bayraq Hulusi Akara hədiyyə edildi – Fotolar +Video
  • Avstraliyanın baş naziri meydançada uşağın üstünə yıxıldı – Video
  • “Anatolian Phoenix – 2022” təliminin ərazisinə baxış keçirilib – VİDEO
  • Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş… – Bakıdakı qətlin təfərrüatı – VİDEO
  • “Düzgün müalicə ilə bronxial astma sağalır” – Allerqoloq Gülnar Quliyeva – VİDEO

Sorğu

Müharibədə hansı ölkəni dəstəkləyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

19/05/2022
03:48 Aİ-nin Rusiyaya qarşı altıncı sanksiyalar paketi bloklanıb
03:20 Moldovanın keçmiş prezidenti İqor Dodona qarşı cinayət işi açılıb
03:08 İran-Azərbaycan sərhəd körpüsü 6 aya hazır olacaq
02:56 Fransa XİN: “Nə Aİ, nə də NATO Rusiya ilə müharibə istəyir”
02:03 “Azərbaycan-Ermənistan razılaşmalarını dəstəkləyirik” – Aİ rəsmisi
01:48 Antiazərbaycan mövqeyilə tanınan erməni kinoprodüser həbs edildi
01:32 ABŞ-ın Ukraynadakı Səfirliyi Kiyevdə işini bərpa edib
01:20 İranla sərhəddəki körpünün istifadəyə veriləcəyi vaxt açıqlandı
01:11 Qarabağda ucaldılan bayraq Hulusi Akara hədiyyə edildi – Fotolar +Video
01:08 Ukrayna hərbçiləri daha bir yaşayış məntəqəsini azad edib
01:08 “Azəriqaz”ın vəzifəli şəxslərinin həbsi xəbərlərinə – Rəsmi cavab
00:39 Şahin Mustafayev Abdullahianla Anlaşma Memorandumunu müzakirə etdi – Foto
00:12 Şahin Mustafayev İranın Baş Qərargah rəisi ilə görüşdü – Foto
18/05/2022
23:29 Akar: “Öhdəmizə düşən vəzifə Türkiyə-Azərbaycan qardaşlığını daha da dərinləşdirməkdir”
23:12 Bakı metrosunda daha bir problem – Sərnişinlər düşürüldü
22:53 Yanacaqdoldurma məntəqəsində yük maşınları toqquşdu
22:38 Blinkenlə Çavuşoğlunun görüşü başlayıb
22:15 Canni De Byazi: “Bakıda Tanrı kimi yaşayıram”
22:15 Mustafa Şentop Cıdır düzündə – Foto
21:44 Quterreş Çavuşoğlu ilə Ukraynadakı vəziyyəti müzakirə edib
21:14 Azərbaycan nümayəndə heyəti İrana səfər etdi
20:48 Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi – İlham Əliyev
20:29 Hərbi qulluqçular məcburi icbari narkoloji müayinədən keçiriləcək
20:09 Avstraliyanın baş naziri meydançada uşağın üstünə yıxıldı – Video
20:05 Qayınatasını öldürüb qaçan şəxs tutuldu
20:02 Medianın İnkişafı Agentliyi ATƏT-in tədbirində təmsil olundu
19:56 Rusiya Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı əməli işin başlayacağına ümid edir
19:50 Metroda nasazlıq yarandı
19:48 “Şahlar Cəfərova dedim, bu cinayəti törətməmişəm, işgəncələr verdilər…” – İlkin Süleymanov
19:36 Qadınları cinsi istismara məruz qoyan şəxs həbs edildi
19:32 Zaxarova: “Rusiya üçtərəfli işçi qrupun işini yüksək qiymətləndirir”
19:20 Ukraynada hərbi vəziyyətin müddəti uzadılıb
19:09 İlham Əliyev bu nazirliyin səlahiyyətini artırdı
18:56 Avropa Komissiyası Ukraynanın müharibədən sonra bərpası planını təsdiqləyib
18:38 Ceyhun Bayramov ICESCO-nun Baş direktoru ilə görüşdü
18:29 Moldovanın keçmiş prezidenti “Georgi lenti” taxdığına görə cərimələndi
18:26 ISESCO Qarabağda abidələrin bərpası üçün Azərbaycanla əməkdaşlıq etməyi planlaşdırır
18:17 Bakıda açıq ərazidə yanğın başlayıb
18:14 Binəqədidə təmizlik və təmir-bərpa işləri aparılır – Fotolar
18:10 Prezident: “Rusiya hərbçiləri Moldovanı tərk etməlidirlər”
18:07 Meksika səfiri Neftçalada – Fotolar
17:33 Hindistanda daşqın 12 nəfərin həyatına son qoyub
17:29 Respublika Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsi elan etdi
17:27 “Anatolian Phoenix – 2022” təliminin ərazisinə baxış keçirilib – VİDEO
17:23 KİV: “Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına veto qoyub”
17:12 Ukraynada dinc sakini qətlə yetirən Rusiya hərbçisi təqsirini etiraf edib
17:08 İki aydan çoxdur itkin düşən əsgərlərin axtarışı ilə bağlı rəsmi açıqlama
17:02 Fikrət Əmirovun nəvəsi işə gedərkən öldü
17:02 Hava ilə bağlı – Xəbərdarlıq
16:59 Putin Türkmənistan Prezidentini təltif edib
16:59 Ukrayna və Moldova rəsmiləri Dnestryanıdakı vəziyyəti müzakirə ediblər
16:56 Finlandiya bu həftə Rusiyadan qaz tədarükünü dayandıracaq
16:55 “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirildi – Fotolar
16:52 Gecə 4-də polisə zəng etməsi ona baha başa gəldi
16:41 “DİN və DTX-nın peşəkarları ilə birgə xüsusi qruplar yaratmışıq” – Kamran Əliyev
16:33 Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirdi
16:00 FHN Mərdəkandakı internat məktəbində təlim keçirdi – Fotolar
15:53 Qızın intiharına görə onu fotoları ilə şantaj edən şəxs tutuldu
15:50 Azərbaycan Ordusunun rabitə hissə və bölmələri ilə kompleks məşqlər keçirilir
15:46 “Balık ekmek” festivalı keçirilir – Fotolar

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Neftçalada marketi dağıdan ‘Cənab Prezident, pul burax’ videosu ilə məşhurlaşan imiş – VİDEO

Xəbər 19/01/2022 17:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Məlumata görə, marketə daxil olan şəxs 300 manat tələb edib. Mağaza işçiləri pulu vermədiyi üçün müştəri əlindəki dəmir parçası ilə vitrinləri dağıdıb. Mağaza sahibi 5 min manatdan çox ziyan dəydiyini deyib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib ki, hadisəni törədən şəxs saxlanılıb.

“Görüntülərdən xəbərdarıq. Hadisə Neftçala rayonu Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Azad Təhməzov tərəfindən törədilib. Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, Azad Təhməzov sosial şəbəkələrdə yayılan videoları ilə də tanınır.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Prezidentin Şuşada kövrəldiyi an – Video

Multimedia 13/05/2022 14:21
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı keçirilib.

Tədbirdə Prezident İlham Əliyev kövrəlib.

Həmin görüntüləri təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Möcüzə”dən möcüzəli analara hədiyyə – VİDEO

Multimedia 13/05/2022 12:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycanın innovativ yağ markası olan “Möcüzə” 8 may Beynəlxalq Analar Günü münasibəti ilə Bakı və Gəncə şəhərlərində tədbirlər təşkil edib.  

İllərdir mətbəxdə anaların bir nömrəli köməkçisi olan markanın keçirdiyi tədbirlərin əsas məqsədi uşaqlarla anaların arasındakı emosiyaların ön plana çəkilməsi olub. Hər kəsə məlumdur ki, bütün analar övladlarının nələri sevdiyini, hansı yeməyi bəyəndiyini bilir, bəs övladlar necə? Məhz bu sualdan yola çıxaraq tədbir təşkilatçıları tərəfindən uşaqlara analarını nə qədər çox tanıdığını öyrənmək məqsədi ilə onlar haqqında suallar ünvanlandı və doğru cavab verən uşaqlara analarına təqdim etmələri üçün hədiyyələr verildi.

 Hər zaman xanımları diqqət mərkəzində saxlayan “Möcüzə” brendinin bu tədbiri keçirməkdə  məqsədi  bütün analara bir daha “Sən özün bir möcüzəsən, Anacan!” demək olub. Möhtəşəm tədbir maraqlı görüntünün fonunda , uşaqların səmimi sözləri və anaların xoşbəxtliyi ilə yaddaşlarda qalıb.

Çox maraqlı alınmış videonu izləmək üçün linkə keçid edin:

Oxumağa dəyər:   "KAŞ" Kanada-Azərbaycan Parlament Dostluq Qrupunun iclasında təqdimatla çıxış etdi

 



İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Faşist şüarlarının səsləndirildiyi ölkədə necə yaşamaq olar?!” – Video

Multimedia 12/05/2022 15:51
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Rusiya azərbaycanlı jurnalist və “Nə? Harada? Nə zaman?” televiziya oyununun iştirakçısı Rövşən Əsgərovu axtarışa verib.

Rövşən Əsgərov jurnalist, “İ Qryanul Qrem” yutub kanalının müəllifi Vadim Radionova müsahibəsində Rusiyadan Azərbaycana köçməsinin səbəbini açıqlayıb.

“Küçə ilə gedirsən və teatr binasının üzərində nasist svastikası görürsən, belə bir ölkədə necə yaşamaq olar?! Artıq sadəcə olaraq burada yaşaya bilmirsən. İnsanların toplaşdığı və faşist şüarlarının səsləndirildiyi bir ölkədə necə yaşamaq olar?! Orada yaşamaq mümkün deyil”, – deyə o bildirib.

R. Əsgərovun sözlərinə görə, Rusiya onunla yaxşı davranmayıb: “Bu ölkə mənimlə elə davrandı ki, artıq ona doğma bir şey kimi baxmırsan. Bu, dəhşətlidir. Təsəvvür edin ki, orada yaşayırsınız və bir nənəniz var. O, sizi yedizdirib-içizdirir və bir gün baltanı götürür, hər şeyi dağıtmağa və sizin arxanızca qaçmağa başlayır. Siz isə qaçırsınız”.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ötən sutka 7 nəfər xilas edilib – Video

Multimedia 12/05/2022 12:45
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 10 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 7 nəfər, o cümlədən Bakı şəhərinin Yasamal rayonunda körpüyə çıxaraq intihara cəhd edən 1 nəfər xilas olunub.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Su arxına yıxılan gənc belə xilas edildi – Video

Multimedia 12/05/2022 11:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Ağcabədidə su arxına yıxılan gənc xilas edilib.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağcabədi rayonunda 1 nəfərin su arxına yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Ağcabədi Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1990-cı il təvəllüdlü Rəhimov Əziz Rüstəm oğlunun ayağına su arxında dəmir parçası bataraq koməksiz vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər müvafiq vasitələrdən istifadə etməklə zərərçəkmişə lazımi köməklik göstərərək su arxından çıxarıb, təcili tibbi yardım briqadasına təhvil veriblər.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

ASAN növbə sistemində yenilik – Video

Multimedia 12/05/2022 10:27
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

ASAN növbə sistemində yenilik edilib.

Yenilik aşağıdakılardan ibarətdir:

– artıq siz mobil tətbiqlə yanaşı mərkəzlərdə məlumat köşkü vasitəsilə növbəti gün üçün də istənilən xidmətə və istənilən mərkəzə, həmçinin www.asan.gov-az saytından (ASAN Login) onlayn növbə əldə edə bilərsiniz.

– mərkəzlərdə xidməti pəncərələrdə yerləşdirilmiş xüsusi POS-terminalllar  vasitəsi ilə bank ödənişlərinizi onlayn qaydada daha asan həyata keçirə bilərsiniz.

Yaxın vaxtlarda isə QR kod vasitəsi ödəmə imkanları yaradılacaq.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Rüşvət alarkən tutulan xəstəxana direktoru hakim qarşısına çıxarılır – VİDEO

Multimedia 12/05/2022 09:33
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Korrupsiya əməllərinə görə həbs edilən Qusar rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru hakim qarşısına çıxarılır.

Sabiq direktor Mübariz Zeynalovla bağlı başladılmış cinayət işinin istintaqı tamamlanıb. İş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə gpndərilib. Yaxın günlərdə iş üzrə hazırlıq iclasının keçirilməsi nəzərdə tutulub. Məhkəmə araşdırması hakim Fikrət Əliyevin icraatına verilib.

Qeyd edək ki, xəstəxana direktoru ötən il oktyabrın 19-da xidməti otağında 1000 manat rüşvət alarkən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb. Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Azərbaycan-Gürcüstan sərhədində nə baş verir? – Video

Multimedia 12/05/2022 00:27
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan-Gürcüstan sərhədində yük avtomobillərinin sıxlığı müşahidə olunur. Təkcə Azərbaycan tərəfində 600 TIR keçid üçün növbə gözləyir.

“Xəzər Xəbər” “Sınıq Körpü” sərhəd-keçid məntəqəsində yaranan sıxlığın səbəblərini araşdırıb.

TIR parklarında günlərlə qalan sürücülər artıq bir aydır ki, bu cür sıxlığın müşahidə olunduğunu bildirirlər.  

Gürcüstandan Azərbaycana yükdaşımaların sayının artmasının Ukrayna-Rusiya arasında gedən müharibə səbəbindən olduğu qeyd edilir.

Maşınların sayının kəskin artması nəticəsində ərazidəki TIR parkları tamamilə dolub. Gün ərzində “Sınıq Körpü” sərhəd-keçid məntəqəsində Azərbaycandan 300 TIR-ın keçidi təmin edilir.

Məntəqədən bildirilib ki, əgər Gürcüstan tərəfi TIR və digər yük avtomobillərinin yoxlanması və qeydiyyatını intensivləşdirsə, Azərbaycan tərəfi nəqliyyat vasitələrinin maneəsiz və daha tez keçidini təmin edə bilər.

Hazırda “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ olan yük avtomobillərinin keçidi isə 24 saat ərzində fasiləsiz təmin olunur. Məntəqədə daha 80 yük avtomobili “Yaşıl dəhliz” vasitəsilə keçid üçün növbə gözləyir.

Oxumağa dəyər:   Ukraynanın hərbi ehtiyaclar üçün xərcləri 8 milyard dolları ötüb

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

İcra başçısı şəhid atalarını qəbul etməyib? – Açıqlama + Video

Multimedia 11/05/2022 13:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun şəhid ailələrini qəbul etməməsi ilə bağlı görüntülər yayılıb.

Unikal-org saytının yayımladığı videoda icra başçısının qəbula gələn şəhid valideynləri ilə maraqlanmadığı bildirilib.

Şəhid atasının sözlərinə görə, o, üç dəfə İcra Hakimiyyətinə gəlsə də, onu qəbul etməyiblər: “Niyə mənim qapıma gəlmirsən? Mən İsayev Şakir Alik oğluyam. Şəhid Alik İsayevin atasıyam. Dəfələrlə gəlmişik bura, qəbul etməyib. İndi də kollektiv gəlmişik. Burada məndən başqa 9 şəhid atası var. Başçı 1 il 7 aydır heç birimizin qapısını açmayıb”.

Məsələ ilə bağlı Xızı RİH-lə əlaqə saxladıq. Qurumdan “Qafqazinfo”ya bildirildi ki, həmin görüntülər qəbulun ilk 5 dəqiqəsinə aiddir: “O görüntülər qəbuldan əvvəl çəkilib. Sadəcə içəridə çox adam var idi və səs-küy yaranmışdı. Biz vətəndaşlardan bir qədər sakitliyə riayət etmələrini xahiş etdik. Daha sonra icra başçısı gəldi və 3 saata yaxın qəbul keçirdi. Vətəndaşların da hamısı tam razı şəkildə getdilər. 7 şəhid ailəsi gəlmişdi, heç bir problem yaşanmadı. Ailələrin özləri ilə də əlaqə saxlayıb məlumat ala bilərsiniz”.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“XXI əsr bacarıqları” üzrə məktəblilərarası olimpiadanın nəticələri açıqlandı! – Fotolar+Video

Multimedia 11/05/2022 11:48
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi tərəfindən Azərbaycan təhsil aləmində bir yenilik kimi təşkil olunan “XXI əsr bacarıqları” üzrə məktəblilərarası olimpiadanın final mərhələsi başa çatdı.

6 may 2022-ci il tarixində keçirilən final mərhələsinin yekunlarına əsasən elə həmin gün mükafatlandırma mərasimi təşkil olunmuşdur.

Mükafatlandıma mərasimində Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri, həmçinin final mərhələsinə vəsiqə qazanan şagirdlərin təhsil aldıqları məktəblərin rəhbərləri və təhsil ictimaiyyətinin digər nümayəndələri iştirak etmişdir.

Olimpiadanın yekun nəticələrinə əsasən, birinci yerə 160 nömrəli Klassik Gimnaziyanın, iki və üçüncü yerlərə isə müvafiq olaraq Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin və Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin şagirdlərindan ibarət komandalar layiq görülmüşdür.

Olimpiadanın qalibləri və eləcə də müxtəlif kateqoriyalar üzrə digər qalib şagirdlər qiymətli hədiyyələrlə təltif edilmişdir.

Oxumağa dəyər:   İş yoldaşı ilə "söhbət"ə gedən şəxs qəzaya düşüb öldü

Qeyd edək ki, ümumilikdə 18 ümumtəhsil məktəbində təhsil alan 94 şagirdin 32 komanda halında iştirak etdiyi olimpiadanın birinci mərhələsi 30 aprel 2022-ci il tarixində keçirilmiş, final turuna 10 komanda vəsiqə qazanmışdır. Olimpiadada V-VIII sinif şagirdləri hər birində 3 nəfər olan komandalar şəklində iştirak etmişlər.

Məlumat üçün bildirək ki, XXI Əsr bacarıqları haqqında məktəbin veb saytından ətraflı məlumat əldə edə bilərsiniz.

https://www.21century.edu.az/az/about/21ciesrbacariqlari

Bütün qalibləri və iştirakçıları təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!

 

 






İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Fuad Axundov: “Ermənistanda nasizm olmazsa, daha müharibə də olmayacaq” – VİDEO

Multimedia 10/05/2022 18:56
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Vmedia” yutub kanalı “Erməni xalqı – nasizmin qurbanı” adlı növbəti video dərc edib. Həmin videoda deyilir ki, Ermənistanda son onilliklərdə nasizmin qəhrəmanlaşdırılması ölkənin tarixində dönüş nöqtəsində olduğu indiki məqamla birbaşa bağlıdır. Çünki indi onlar ya sülhü, ya da qonşu dövlətlərə qarşı təcavüzkar siyasətin davam etdirilməsini seçməlidirlər.

Filmdə Ermənistanda keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarqsyanın hakimiyyəti dövründən başlayaraq nasizmin necə dövlət ideologiyasına çevrilməsindən bəhs edilir. Belə ki, Qaregin Njdenin mahiyyətcə nasist doktrinasını – tsexakronutyunu qəbul edən Ermənistanın Respublika Partiyası tərəfindən nəşr olunan broşürdən nümayiş etdirilən çıxarışlarda faşizmlə, onun “qanın təmizliyi” və “dilin təmizliyi”, kasta sistemi, “qeyri-insanlar”ın əhatəsində Ermənistan cəmiyyətinin ali irq kimi təqdim edilməsi, etnik təmizləmələr, qonşu dövlətlərə qarşı təcavüzkar siyasət və s. kimi prinsipləri ilə paralellər aydın görünür. Müəlliflər Qaregin Njdenin həm mütləqiyyətə yaxın Rusiya İmperiyasında, həm demokratik ABŞ-da, həm də müxtəlif illərdə Bolqarıstanda İranda, kommunist SSRİ-sində cinayətkar hesab edildiyi halda (nəticədə həbs cəzasına məhkum edilib və ya deportasiyaya məruz qalıb) niyə yalnız nasist Almaniyasının və bugünkü Ermənistanın, necə deyərlər, işinə yaradığına dair suala cavab veriblər. Njdenin terror fəaliyyətinin sübutu kimi, məsələn, unikal kadrlar – 1912-ci ildə Sankt-Peterburqda məhkəməsi keçirilən “Daşnaksütyun” partiyasının işi üzrə ittiham aktının səhifələri göstərilir.

Oxumağa dəyər:   Gömrük Komitəsi Assosiasiyanın iddialarına cavab verdi

Politoloq Fuad Axundov film ilə bağlı şərh verərkən Njdenin ideologiyasını qəbul edən və nasizmin yayılmasında bilavasitə məsuliyyət daşıyan erməni siyasətçilərinin – Köçəryan, Sarkisyan, Ohanyan və başqalarının bu gün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının, bununla da Cənubi Qafqaza çoxdan gözlənilən sülhün gəlməsinin əsas əleyhdarları olmasının çox rəmzi xarakter daşıdığını vurğulayıb.

“Məhz bu insanlar, mahiyyət etibarı ilə nasistlər revanşist tələblərlə hazır vəziyyətdə aktiv fəaliyyətə keçiblər. Köçəryanın, Sarqsyanın və digərlərinin ideologiyası qonşu dövlətlərə qarşı ərazi iddiasıdır. Görün, onlar öz xalqını hansı hala gətirib çıxarıblar? Və indi də yenidən erməniləri aldadaraq onları nasist şüarları altında yalançı “azadlıq” müharibəsinə səsləməyə çalışırlar”, – F.Axundov deyib.

Ona görə də “Erməni xalqı – nasizmin qurbanı” filmində Ermənistanda nasist ideologiyasını yaymaqda və tətbiq etməkdə günahkar olanların hamısının ədalətlə cəzalandırılması çağırışı yer alır. Heç təəccüblü deyil ki, Qarabağda insanlığa qarşı cinayətləri məhz onlar törədiblər – dinc azərbaycanlı əhalini öldürüb və qovublar, Azərbaycan xalqının mədəni və dini irsini məhv ediblər. Bu baxımdan Ermənistandakı indiki hadisələr proqnozlaşdırılan idi.

Oxumağa dəyər:   Ukraynanın hərbi ehtiyaclar üçün xərcləri 8 milyard dolları ötüb

“Ermənistanda nasizm olmazsa, daha müharibə də olmayacaq. Regiona nəhayət ki, sülh gələcək, bu da öz növbəsində rifah və sabitlik gətirəcək. Tam qanunauyğunluq. Bu, erməni xalqı üçün keçmişdə baş verənlər, ən əsası isə ölkənin indi hansı yolu seçəcəyi barədə düşünmək üçün əsasdır”, – F.Axundov fikrini tamamlayıb.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

DTX əməkdaşları Ulu Öndərin məzarını ziyarət etdilər – VİDEO

Multimedia 10/05/2022 15:11
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan xalqının ümummilli lideri, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, mənalı və şərəfli ömrünün 25 ilini həsr etdiyi bu orqanlarda milliləşmə prosesinin banisi, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabana gələrək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.      




İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ötən sutka 7 nəfər xilas edilib – Video

Multimedia 10/05/2022 14:59
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 10 yanğına çıxış və 5 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 7 nəfər xilas edilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Azərbaycan Ordusunun həftəlik fəaliyyəti ilə bağlı görüntülər yayılıb – VİDEO

Multimedia 08/05/2022 13:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib.

“Report” nazirliyin ötən həftəki fəaliyyəti ilə bağlı görüntüləri təqdim edir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Rusiya Ukraynanın Odessa şəhərini intensiv raket atəşinə tutub – VİDEO

Multimedia 07/05/2022 17:41
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Rusiya ordusu mayın 7-də gün ərzində Ukraynın Odessa şəhərini intensiv raket atəşinə tutub.

Hazırda şəhərin səmasını qara tüstü bürüyüb.

Raket atəşi davam edir.

Odessanın atəşə tutulmasının görüntülərini təqdim edirik.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Xüsusi Təyinatlı Qüvvələrin döyüş qabiliyyətini yüksəltmək üçün təlim keçirilir – VİDEO

Multimedia 06/05/2022 16:39
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən xüsusi təyinatlı hərbi hissə və bölmələrin taktiki-xüsusi təlimi keçirilir.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Çətin keçidli dağ və qayalıq ərazilərdə xüsusi təyinatlılar ərazi kəşfi, dağ hazırlığı və müxtəlif yerdəyişmələr üzrə fəaliyyətlər yerinə yetirirlər.

Taktiki-xüsusi təlimlərin keçirilməsində əsas məqsəd xüsusi təyinatlı hərbi hissə və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 13/05/2022 14:21

Prezidentin Şuşada kövrəldiyi an – Video

Read more
Multimedia 13/05/2022 12:32

“Möcüzə”dən möcüzəli analara hədiyyə – VİDEO

Read more
Multimedia 12/05/2022 15:51

“Faşist şüarlarının səsləndirildiyi ölkədə necə yaşamaq olar?!” – Video

Read more
Multimedia 12/05/2022 12:45

Ötən sutka 7 nəfər xilas edilib – Video

Read more
Multimedia 12/05/2022 11:35

Su arxına yıxılan gənc belə xilas edildi – Video

Read more
Multimedia 12/05/2022 10:27

ASAN növbə sistemində yenilik – Video

Read more
Multimedia 12/05/2022 09:33

Rüşvət alarkən tutulan xəstəxana direktoru hakim qarşısına çıxarılır – VİDEO

Read more
Multimedia 12/05/2022 00:27

Azərbaycan-Gürcüstan sərhədində nə baş verir? – Video

Read more
Multimedia 11/05/2022 13:32

İcra başçısı şəhid atalarını qəbul etməyib? – Açıqlama + Video

Read more
Multimedia 11/05/2022 11:48

“XXI əsr bacarıqları” üzrə məktəblilərarası olimpiadanın nəticələri açıqlandı! – Fotolar+Video

Read more
Multimedia 10/05/2022 18:56

Fuad Axundov: “Ermənistanda nasizm olmazsa, daha müharibə də olmayacaq” – VİDEO

Read more
Multimedia 10/05/2022 15:11

DTX əməkdaşları Ulu Öndərin məzarını ziyarət etdilər – VİDEO

Read more
Multimedia 10/05/2022 14:59

Ötən sutka 7 nəfər xilas edilib – Video

Read more
Multimedia 08/05/2022 13:44

Azərbaycan Ordusunun həftəlik fəaliyyəti ilə bağlı görüntülər yayılıb – VİDEO

Read more
Multimedia 07/05/2022 17:41

Rusiya Ukraynanın Odessa şəhərini intensiv raket atəşinə tutub – VİDEO

Read more
Multimedia 06/05/2022 16:39

Xüsusi Təyinatlı Qüvvələrin döyüş qabiliyyətini yüksəltmək üçün təlim keçirilir – VİDEO

Read more
Multimedia 05/05/2022 12:18

Raket və artilleriya bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib – VİDEO

Read more
Multimedia 27/04/2022 00:08

Bakıda bu meyvənin kilosu 80 manata satılır – Video

Read more
Multimedia 26/04/2022 23:17

Fitrə zəkatı nə qədər verilməlidir? – Video

Read more
Multimedia 26/04/2022 13:08

807 obyektdə qaz balonları yığışdırıldı – Video

Read more
Multimedia 25/04/2022 21:32

Azərbaycanın fəxrinin doğum günüdür – VİDEO

Read more
Multimedia 25/04/2022 20:59

12 yaşlı Nuray üçün 500 min manat toplandı – Video

Read more
Multimedia 25/04/2022 15:29

Polis “Kubinka” və “Papanin”də əməliyyat keçirdi – Video

Read more
Multimedia 24/04/2022 01:44

Çavuşoğlu etiraz edən ermənilərə “Bozqurd” işarəsi ilə cavab verib – VİDEO

Read more
Multimedia 23/04/2022 14:44

Polis əməliyyat keçirdi, saxlanılanlar var – Video

Read more
Multimedia 23/04/2022 13:56

Televiziya binasında yanğın təlimi – Video

Read more
Multimedia 23/04/2022 11:59

“Kamaz”la toqquşan “BMW”nin sürücüsü belə xilas edildi – Video

Read more
Multimedia 23/04/2022 01:41

12 yaşlı Nuray yaşamaq üçün rəqs etdi – Video

Read more
Multimedia 23/04/2022 01:08

Bəzi şəxslərin pensiyası 50 faiz artırıla bilər – Video

Read more
Multimedia 22/04/2022 15:35

Azərbaycan – İran sərhədində yanğın – Video

Read more
Multimedia 22/04/2022 13:34

“Sürücüm 80 azərbaycanlını daşla öldürüb” – Erməni heykəltəraş + Video

Read more
Multimedia 22/04/2022 11:41

“Ən yaxşı qumbaraatan heyəti” adı uğrunda yarışlar keçirilib – VİDEO

Read more
Multimedia 22/04/2022 10:59

Ötən sutka 3 azyaşlı xilas edilib – Video

Read more
Multimedia 22/04/2022 09:59

“Mənə Co Bidden deyə müraciət edə bilərsiniz” – Video

Read more
Multimedia 22/04/2022 00:50

Uşaq qidalarının qiyməti iki dəfə bahalaşıb – Video

Read more
Multimedia 21/04/2022 21:02

Prezidentin Şuşa və Füzuliyə səfərindən – Video

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2022 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla