Bu gün Neftçala şəhərində, rayonun müxtəlif qəsəbə və kəndlərində Anım Günü tədbiri geniş şəkildə qeyd olunub.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları iştirak edib.

Öncə Neftçala şəhərindəki Şəhidlər Xiyabanındakı şəhidlərin məzarı ziyarət olunub, şəhidlərimizin ruhuna dualar oxunub və tər gül çiçəkləri düzülüb. Şəhidlərin xatirəsinə ağacəkmə aksiyası təşkil olunub və rayonun müxtəlif yerlərində ağacəkmə aksiyaları keçirilib.

Tədbir iştirakçıları Neftçala şəhərinin mərkəzindəki Şəhidlər Xatirə Kompleksini ziyarət ediblər və saat 12:00-da şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Anım günü tədbirindən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçularının ruhuna ehtiram olaraq şəhid ailələri və qazilər üçün Neftçala RİH tərəfindən ehsan süfrəsi təşkil olunub.

Şəhid ailələri adından çıxış edən şəhid valideynləri igid döyüşçülərimizin, qazilərimizin igidliklərindən və tarixi 44 günlük qələbəmizdən danışıblar.

Tədbir Camal İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət məktəbinin və Neftçala şəhəri Milli Qəhrəman Samid İmanov adına 1 saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları kompozisiyalar ilə davam edib.





İstinadlar Qafqazinfo