Bir neçə gündür sosial şəbəkələrdə və bir sıra xəbər portallarında Azərbaycan Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun evində gizli qəbullar keçirməsi iddiası ilə bağlı xəbərlər yayılır. 

Media ölkə ictimaiyyətində əks-səda doğuran bu vacib məsələ ilə bağlı keçmiş baş qərargah rəisi ilə əlaqə saxlayıb. Genaral-polkovnik açıqlamasında yayılan xəbərləri təkzib edib:

“Bu iddilar yalandır, cəfəngiyyatdır. Belə xəbərlər hardandır? Sadəcə gülməlidir. Təbii ki, belə şeylər ola bilməz.”