Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 29 596 vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 044, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 504, “buster” doza üzrə isə 23 048 vaksin vurulub.

Vurulan vaksinlərin ümumi sayı 11 701 685, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 203 374, ikinci mərhələ üzrə 4 717 982 nəfər təşkil edir. Ümumilikdə isə 1 780 329 “buster” doza vurulub.

İstinadlar Qafqazinfo