ABŞ-nin dörd ştatında qasırğa və tornadoların fəsadlarından azı 15 nəfər ölüb.

Bu barədə NBC telekanalı bildirib.

Məlumata görə, ikisi uşaq olmaqla yeddi nəfər Texasda, ikisi Oklahomada, beşi Arkanzasda və bir nəfər Kentukki ştatında ölüb. Zərərçəkmişlərin dəqiq sayı açıqlanmasa da, NBC-nin verdiyi məlumata görə, Texasın bir neçə sakini xəsarət alıb və təcili yardım, həmçinin helikopterlə xəstəxanalara aparılıb.

İstinadlar Report