Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib.

Nazirlik  tövsiyə edir ki,  Novruz bayram ilə əlaqədar 2018-ci il mart ayının 20-dən 26-dək qeyri-iş günləri olacağını nəzərə alaraq ayın son günlərində müraciətlərin artması səbəbindən iş proseslərinin ahəngdarlığının təmin olunması məqsədi ilə cari vergi öhdəliklərinin yerinə yetirilməsini, habelə müvafiq vergi bəyannamələrinin təqdim edilməsini mart ayının 20-dək həyata keçirsinlər.

İstinadlar Qafqazinfo