Azərbaycanda payızlıq taxıl əkini sahələrinin 14,8 %-də biçin başa çatıb.

Məlumata görə, bu günə qədər 149 240 hektar sahədə biçin aparılıb. Sahələrdən 417 761 ton arpa, 18 305 ton buğda yığılıb. Arpa sahələrinin 33,1 %-də, buğda sahələrinin isə 1 %-də biçin yekunlaşıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 29,1 sentner, buğda üzrə isə 33,4sentner təşkil edir.

İntensiv biçin əsasən Neftçala, Biləsuvar, Göyçay, Kürdəmir, Ucar, Sabirabad, Salyan, Samux rayonlarında aparılır. Neftçala, Ucar, Biləsuvar və Salyanda biçin səviyyəsi 40 %-i keçib.

İyunun 12-də respublika üzrə biçin prosesində 1 230 kombayn iştirak edib. Bunlardan 716 kombayn fiziki və hüquqi şəxslərin özəl mülkiyyətində olan kombaynlardır. “Aqroservis” ASC taxıl biçininə 514 kombayn cəlb edib.

“Aqroservis” bu mövsüm taxıl biçininə 656 kombayn cəlb etməyi planlaşdırır. Ümumilikdə isə kütləvi biçin prosesində 1803 kombaynın iştirak edəcəyi gözlənilir.

İstinadlar Report