Azərbaycanda payızlıq əkin sahələrinin 13 %-də biçin başa çatıb.

Məlumata görə, bu günə qədər 131 814 hektar sahədə biçin aparılıb. Sahələrdən 373 897 ton arpa, 7905 ton buğda yığılıb. Arpa sahələrinin 31 %-də, buğda sahələrinin isə 0,4 %-də biçin yekunlaşıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 28.9 sentner, buğda üzrə isə 31.8 sentner təşkil edir.

İyunun 11-də respublika üzrə biçin prosesində 1203 kombayn iştirak edib. Bunlardan 674 kombayn fiziki və hüquqi şəxslərin özəl mülkiyyətində olan kombaynlardır. “Aqroservis” ASC taxıl biçininə 529 kombayn cəlb edib.

Ümumilikdə “Aqroservis” bu mövsüm taxıl biçininə 656 kombayn cəlb etməyi planlaşdırır. Kütləvi biçin prosesində 1803 kombaynın iştirak edəcəyi gözlənilir.

İstinadlar Report