Azərbaycanda hər il dövlət sifarişi əsasında ayrılan ixtisaslarda rəqəmsallaşma və informasiya texnologiyaları (İT) üzrə ixtisasların artım dinamikasının daha yüksək olduğu müşahidə edilir.
Bunu İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov Bakıda “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfranda bildirib.
Onun sözlərinə görə, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda insan kapitalının inkişafı üçün iki strateji xətt müəyyənləşdirilib:” Bunlardan biri təhsilin yeni məzmununun formalaşdırılması ilə bağlıdır. İkincisi isə mövcud insan resurslarının yenidən kvalifikasiya olunmasıdır. Bu xətlərin hər ikisinin bərabər şəkildə aparılması vacibdir”.