Azərbaycanda fermerlərə göstərilən xidmətlərin modernləşdirilməsinə və dövlətin dəstəklədiyi qabaqcıl mexanizmlərin tətbiqinə kifayət qədər xüsusi diqqət yetirilir.

Bunu İtaliya-Azərbaycan Universitetinin ortaq sertifikat proqramının bağlanış mərasimində Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli bildirib.

O qeyd edib ki, dövlət-özəl tərəfdaşlığın təşviqi, fermerlərin qərarların qəbulunda iştirakı və digər innovativ səylər dövlətin dinamik öhdəliyini əks etdirir.

“Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün çoxsaylı işlər həyata keçirilir və bu, müxtəlif bölgələrdə məşğulluğun artmasına əhəmiyyətli dərəcədə kömək edir. Dövlət dəstəyi çərçivəsində ölkə prezidentinin sərəncamına əsasən əkinçiliyə də subsidiya verilir və bu, sahənin inkişafı stimullaşdırılır”, – deyə nazirlik rəsmisi qeyd edib.