Nazirin qəbul vaxtı dəyişdi

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin Tovuz rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Qəbul vaxtı avqustun 16-dan avqustun 14-nə dəyişdirilib. Həmin gün S.Babayev Tovuz rayon sakinlərini fərdi qaydada qəbul edəcək.

Qəbul zamanı vətəndaşların ƏƏSMN-nin səlahiyyət dairəsinə (sosial təminat növlərinə hüququn müəyyən edilməsi, əmək hüquqlarının müdafiəsi, tbbi-sosial ekspertiza və reabilitasiya, məşğulluğun təmin olunması və s.) aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar müvafiq tədbirlər görüləcək.

İstinadlar Qafqazinfo

Nazirin qəbul vaxtı dəyişdi

Mədəniyyət naziri Əbülfəs Qarayevin aprelin 22-də Lənkəran şəhərində keçirilməsi nəzərdə tutulan qəbulu mayın 7-nə keçirilib.Qəbul saat 11:00-da Lənkəran şəhər Mədəniyyət Mərkəzində ( Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, 99 ) baş tutacaqdır.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov-az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli – Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.

 

İstinadlar Qafqazinfo