Bir neçə gün əvvəl Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov şəxsiyyət vəsiqələrinin verilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması ilə bağlı əlavə tədbirlər barədə əmr imzalayıb.

 

Əmrə əsasən, noyabr ayının 1-dən ərazi polis orqanlarının və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən Daxili İşlər Nazirliyinin qeydiyyat məsələləri qurumlarının əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq veriləcək.

 

Bu məsələ sosial şəbəkələrdə geniş müzakirə olunur. Belə ki, Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olanlar digər regionlarda şəxsiyyət vəsiqəsi ala bilməyəcəklərini düşünürlər. Bəs görəsən bu həqiqətən də belədirmi?

Media məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi ilə əlaqə saxlamağa çalışıb.

 

Baş idarədən verilən məlumata görə, texniki imkanlar baxımından Naxçıvan Muxtar Respublikası istisna olmaqla noyabr ayının 1-dən ərazi polis orqanlarının və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən Daxili İşlər Nazirliyinin qeydiyyat məsələləri qurumlarının əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq veriləcək.

İstinadlar modern