Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Göygöl rayonuna yeni rəis təyin edib.

 

Nazirin əmri ilə rayon Polis şöbəsinin rəisi vəzifəsinə polis polkovniki Müqalib Abdiyev gətirilib.

M.Abdiyev Gəncə Şəhər Baş Polis İdarəsində əməliyyat işləri üzrə birinci müavin kimi çalışıb.

Qeyd edək ki, buna qədər həmin vəzifədə Mirnemət Mirbabayev çalışıb. O, iki il bu vəzifəni icra edib.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov yeni təyinatla bağlı əmr imzalayıb.

***

Nazirin müvafiq əmri ilə Şəmkir rayon Kür qəsəbəsinin polis bölməsinə yeni rəis təyin olunub.

Belə ki, polis polkovnik-leytenantı Ədalət Sadiqov bundan sonra sözügedən vəzifəni icra edəcək.

Qeyd edək ki, Ədalət Sadiqov bu ilin may ayında Gəncə şəhər Nizami rayonu polis idarəsindəki işindən azad edilərək sərəncama götürülmüşdü.

İstinadlar oxu.az