Xəbər verdiyimiz kimi, aprelin 22-si Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrin Cəfərova və müğənni Mərdan Kazımovun toy mərasimi baş tutub. Gənclər və idman naziri Fərid Qayıbov cütlüyə toy hədiyyəsi göndərib.

Bu barədə Mərdan Kazımov sosial şəbəkədə paylaşım edib.

O,  hədiyyə olunan vauçerin fotosunu, – “Nazirimiz Fərid Qayıbov da bizi toy günü unutmadı. Təşəkkür edirik”, – şərhi ilə paylaşıb.