“Yaşıl Limanlar” konsepsiyası ATƏT çərçivəsində həyata keçirilən layihələrdən biridir və bağlantılarla xidmət edir.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə keçirilən birgə mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Avropa və Asiyanın strateji qovşağında və Çin, Türkiyə, İran və Rusiya kimi böyük bazarların kəsişməsində yerləşən Bakı Limanının Avrasiyanın aparıcı logistika və ticarət mərkəzinə çevrilməsi istiqamətində tədbirlər görülür: