Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının Moskvada keçirilən görüşündə “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın ən qısa zamanda qüvvəyə minməsinin əhəmiyyətini vurğulayıb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hazırkı beynəlxalq münasibətlər sistemində mövcud vəziyyətin beynəlxalq hüquq normaları, xüsusilə dövlətlərin ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmətin əhəmiyyətini bir daha təsdiqlədiyini qeyd edən nazir Ceyhun Bayramov, Xəzər regionu çərçivəsində də sözügedən prinsiplərin, habelə beynəlxalq hüquqda mövcud təcrübələrin rəhbər tutulmasının vacibliyini vurğulayıb.