Müdafiə Nazirliyinin strukturuna daxil olan xüsusi təyinatlı təhsil müəssisələrində Vətən müharibəsinin təhlili aparılmış, nəticələrinin tətbiqi məqsədilə tədris proqramlarında yeniliklər edilib.

Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

“Bundan əlavə, müharibənin təhlilinə həsr olunmuş çoxsaylı tədqiqat işlərinin nəticələri xarici və yerli mətbu orqanlarda nəşr olunub, xüsusi təyinatlı təhsil müəssisələrinin professor–müəllim heyəti tərəfindən bir çox ölkədə keçirilən konfrans və simpoziumlarda İkinci Qarabağ müharibəsinin unikallığının tutarlı faktlarla təsbit olunduğu məruzələr edilib. Eyni zamanda, müharibənin fərqli aspektləri üzrə tədqiqat işlərinin aparılması davam etdirilir və yaxın gələcəkdə konkret məsələlər üzrə dissertasiya işlərinin müdafiəsi planlaşdırılır ki, bu da Azərbaycanda hərb elminin inkişafına öz töhfəsini verəcək”, – Zakir Həsənov vurğulayıb.

İstinadlar Report