“Kipr Türkiyənin milli mübarizəsidir. Adada iki dövlətli bir quruluşun olması artıq qaçılmaz şərtdir”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Yunanıstanla əlaqələrə toxunan nazir dialoq və siyasi həll yollarının tapılmasını vacib sayır: “Lakin biz bu məsələyə xoş niyyətlə yaxınlaşsaq da, yunan qonşularımız hadisələri gərginləşdirir, təhdid və təhrikedici bəyanatlar verirlər. Bu hərəkətləri ilə heç bir nəticə əldə edə bilməyəcəklərini başa düşməyəcək qədər də səhv edirlər. Türkiyəyə qarşı təhdidlə heç bir şey əldə etməyəcəklərini anlamalarını gözləyirik. İnanırıq ki, Egey dənizi, Aralıq dənizi və Kipr məsələsində tutduğumuz mövqe ilə siyasi həll yollarını açacağıq”.

H.Akar vurğulayıb ki, Türkiyənin kiminsə torpağında, suyunda, haqq və hüququnda gözü yoxdur: “Hər kəsin bir dəfə də olsun haqqımızı tapdalatmayacağımızı da bilmələrini istəyirik. Bizim “dialoqla mövcud problemləri həll edək” deməyimiz zəiflik kimi qəbul edilməməlidir. Biz sadəcə iki qonşu ölkələr arasında dostluq əlaqələrin qurulmasından danışırıq”.