
Türk Dövlətləri Təşkilatına (TDT) daxil ölkələrin 2024-cü ilin sonundan etibarən 1,9 trilyon iqtisadi böyüklük və 187 milyonluq əhali ilə dünya iqtisadiyyatında önəmli yer tutması gözlənilir.
Bunu Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek deyib.
O bildirib ki, Türk İnvestisiya Fondunun qurulmasında əsas məqsəd türk dövlətləri arasındakı iqtisadi və ticarət əlaqələrini inkişaf etdirməkdir: “Türk investisiya fondunu 500 milyon dollarlıq nizamnamə kapitalı ilə qururuq. Türkiyə İnvestisiya Fondu həm dövlət, həm də özəl sektor investisiyalarımızı sürətləndirəcək”.