Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib ki, İsveç və Finlandiya terrorla mübarizə öhdəliklərini yerinə yetirməyənə qədər ölkəsi NATO üzvlüyünü dəstəkləməyəcək.

Nazir bu barədə “Akit TV” telekanalının efirində deyib.

“Onların sözlərinin üstündə durmayınca Türkiyədən (İsveç və Finlandiyaya – red) dəstək məsələsində müsbət qərar gözləmək lazım deyil”, – nazir deyib.

O, həmçinin bildirib ki, rəsmi Ankara hələ də İsveç və Finlandiyadan terror fəaliyyətində iştirak edən şəxslərin ekstradisiyası ilə bağlı müraciətlərə cavab almayıb.

Türkiyə hakimiyyəti bundan əvvəl bəyan edib ki, NATO-nun Madriddə keçirilən sammiti çərçivəsində İsveç və Finlandiya ilə imzalanmış memorandum yekun deyil və Stokholm və Helsinki terror təşkilatlarına qarşı mübarizə üzrə orada nəzərdə tutulan öhdəlikləri yerinə yetirməsə, ölkə parlamenti onu təsdiq etməyə bilər.

İstinadlar Report