“Bu gün “Son zəng” tədbirindən sonra Cəlilabada gəldik”.

Bunu Təhsil naziri Emin Əmrullayev deyib.

O qeyd edib ki, Cəlilabad şəhər akademik Zərifə Əliyeva adına 7 saylı tam orta məktəbdə təşkil olunmuş peşə təmayüllü siniflərə baş çəkiblər:

“Bu ilin məzunları ilə görüşdük. Layihənin ilk 20 məzunu xidmət, təmir-tikinti və aqronomluq üzrə öyrəndikləri bacarıqları nümayiş etdirdilər.

Daha sonra şagirdlərin əkdikləri çiyələkdən hazırlanmış mürəbbə və kompotun dadına baxdıq”.